"Zirə"nin müdafiəçisi: "Adil Şükürovla bu haqda söhbətimiz olmayıb" MÜSAHİBƏ

11:24 - 18 May 2016

"Bu mövsüm kifayət qədər təcrübə topladıq"
 
“Zirə”nin müdafiəçisi Tellur Mütəllimov Sportal.az saytına müsahibə verib:
 
- Mövsümü necə dəyərləndirirsən?
- Qış fasiləsindən sonra daha çox oynamaq şansı qazandım. Şükürlər olsun ki, mənim və komandam üçün yaxşı mövsüm keçdi. İlk mövsümdə titul qazanamaq sevindirici haldır.
 
- “Zirə”nin avrokuboklara getməyəcəyi rəsmiləşib...
- Biz əziyyət çəkdik və 2-ci yeri tutduq. Düzdür, avrokuboklara getmədiyimiz üçün üzülürük. Amma gümüş medalların sahibi olduğumuza görə, xoşbəxtik.
 
- 5 oyundur ki, qələbə qazana bilmirsiz. Komandada son oyunlarda sanki arxayınlıq var...
- Komandada hər şey qaydasındadır. Mövsümün sonlarıdır. Ola bilsin ki, yorğunluq da öz sözünü deyir.
 
- Çempionluq urğunda son turlara qədər mübarizə apardınız. Çempionluğu əldən verməyinizi nə ilə əlaqələndirisən?
- Bu mövsüm kifayət qədər təcrübə topladıq. Heyətimiz genişdir. Çempion olmağımız üçün təcrübə çatmadı.
 
- Müqavilə ilə “Qəbələ”yə məxsussan.Yeni mövsümdə dogma komandana qayıtmaq fikrindəsən yoxsa “Zirə”də qalmaq istəyirsən?
- Bəli, müqavilə ilə “Qəbələ”yə məxsusam. Amma “Zirə”də qalıb-qalmayacağımı dəqiq bilmirəm. Hələ ki, bu haqda danışıqlar olmayıb.Yaxın günlərdə bütün suallara aydınlıq gələcək.
 
- Baş məşqçiniz Adil Şükürovla klubda qalıb-qalmayacağın haqda söhbətiniz olub?
- Adil müəllimlə bu haqda söhbətimiz olmayıb. Qalıb-qalmayacağım haqda nə qərar verilsə, buna hörtmətlə yanaşacam.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti