İddialı komanda qurmaq üçün
Premyer Liqada mövsümü 8-ci pillədə başa vuracaq “Sumqayıt” heyətlə bağlı islahatlara başlayacaq.
Sportal.az-ın əldə etdiyi məlumata görə, “kimyaçılar” yay transfer pəncərəsi dövründə heyətinə yeni futbolçular qatacaq. Komandanın çalışdırıcısı Samir Abasov iddialı komanda yaratmaq üçün rəhbərliklə görüşündə legioner futbolçuların alınmasını tələb edib.
Artıq “Sumqayıt” Abasovun bu tələbindən sonra axtarışlara başlayıb. Qeyd edək ki, "Sumqayıt" yarandığı gündən bəri əcnəbi futbolçu transfer etməyib. Bu klub Premyer Liqada yerli və milliləşdirilmiş futbolçular hesabına mübarizə aparıb.
saytlarin hazirlanmasi