Juninyo azarkeşlərlə də vidalaşdı
"Kəpəz"də Tərlan Quliyev və Bəxtiyar Soltanovun ardından daha bir ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, bu dəfə komandanın aparıcı futbolçularından olan Junior Martins Osvaldo (Juninyo) komandanı tərk edib. Digər futbolçulardan fərqli olaraq, Juninyo özü şəxsi məsələləri ilə bağlı "Kəpəz"dan ayrılmalı olub. O, öz sosial şəbəkə hesabından azarkeşlərin hər birinə təşəkkürünü bildirib.
Onu da qeyd edək ki, klub rəhbərliyi futbolçuni fikrindən daşındırmaq üçün yenidən danışığa başlayacaq
saytlarin hazirlanmasi