Nadirov paytaxt klubundan getdi
Premyer Liqada mövsümü 4-cü pillədə başa vuran "İnter" daha bir futbolçusu ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, paytaxt klubunun hücumçusu Vüqar Nadirov "İnter"dən rəsmən ayrılıb. Qış transfer pəncərəsində "İnter”ə keçən futbolçu yeni müqavilə imzalamaqdan imtina edib.
Qeyd edək ki, "bankirlər” Elşən Poladov, Laşa Kasradze, Laşa Salukvadze və Yuri Fomenko ilə də yolları ayırıb.
saytlarin hazirlanmasi