Daşdəmirov rəsmən açıqlandı
“Qəbələ” futbolçusu Arif Daşdəmirovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Daşdəmirov komandanın heyətində 46 oyun keçirib. 1 qol vuran cinah müdafiəçisi Premyer Liqada 30, UEFA Avropa Liqasında 14, Azərbaycan kubokunda 2 oyuna çıxıb. Yeganə qolunu ölkə çempionatında vuran 29 yaşlı arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın bürünc mükafatını qazanıb və UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. 2009-2010 mövsümündə də “qırmızı-qara” forma geyinən Arif "Qəbələ"də ümumilikdə 64 oyun keçirib, 1 qol vurub.
saytlarin hazirlanmasi