Bunu Azərbaycanda heç bir komanda bacarmayıb
Azərbaycan Premyer Liqasının ardıcıl 3-cü dəfə qalibi olan “Qarabağ” bu gün kubokun final matçında “Neftçi” ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, ötən il kubokun qalibi olan Ağdam təmsilçisi bu mövsüm “qızıl dubl” etməklə Azərbaycan futbol tarixində ilkə imza ata bilər. Belə ki, Azərbaycan futbolu tarixində heç bir komanda ardıcıl 2 dəfə “qızıl dubl” edə bilməyib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Azərbaycan kuboku, final
20:00.“Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Tofiq Bəhramov adına Respublika stadionu
saytlarin hazirlanmasi