Xorvatiya klubu ilə danışıqlar aparır
Ermin Zetsin "Qəbələ"dən ayrıldığı haqda məlumat vermişdik.
Sportal.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Xorvatiyanın "Hayduk" Split klubu ilə danışıqlar aparır. Məlumatda bildirilir ki, azad agent statusu daşıyan bosniyalı futbolçunun Split təmsilçisi ilə müqavilə imzalamaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, 2015/16 mövsümünü "Qəbələ"də keçirən Zets 2014-cü ildə Xorvatiyanın "Riyeka" klubunda çıxış edib.
saytlarin hazirlanmasi