Tural Qürbətov "Kəpəz"lə razılığa gəldi
Avrokuboklarda mübarizə aparacaq "Kəpəz" transfer çalışmalarına davam edir.
Sportal.az xəbər verir ki, Julien Ebah və Tadas Simaitislə müqaviləni yeniləyən Gəncə təmsilçisi "İnter"in forvardı Tural Qürbətovla ilkin razılığa gəlib. 23 yaşlı futbolçu "Sumqayıt"ın təklifini rədd edib və "Kəpəz"ə keçməyə razılıq verib.
Qeyd edək ki, müqavilə ilə "İnter"ə məxsus olan Tural Qürbətov mövsümün ilk yarısını "Rəvan"da, 2-ci yarısını isə "Xəzər Lənkəran"da icarə əsasında keçirib.
saytlarin hazirlanmasi