AÇ-2016
Bu gün Avropa Çempionatının daha 3 oyunu keçirilib.
Sportal.az xəbər verir ki, A qrupunun 1 oyunu, B qrupunun isə 2 oyunu bu gün baş tutub. “Qarabağ”ın futbolçusu Ansi Aqollinin də oynadığı Albaniya millisi İsveçrə ilə üz-üzə gəlib. Matç İsveçrənin 1:0 hesablı qələbsi ilə başa çatıb. Uels isə Slovakiya 2:1 hesabı ilə məğlub edib. Günün maraqlı qarşılaşması isə İngiltərə və Rusiya arasında oynanılıb. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Avropa çempionatı
Qrup mərhələsi
11 iyun
A qrupu
17:00. Albaniya – İsveçrə 0:1
QOL: Fabian Şar, 5
Qırmızı vərəqə: Lorik Sana, 37 (Albaniya)
Baş hakim: Karlos Velasko Karbalyo
Lans. “Bollerts-Delelis” stadionu
B qrupu
20:00. Uels – Slovakiya 2:1
QOLLAR: Qaret Beyl, 10, Hal Robson-Kanu, 81 - Duda, 61
Baş hakim: Sven Oddvar Moen
Bordo şəhər stadionu
23:00. İngiltərə - Rusiya 1:1
QOL: Erik Dayer, 73 - Vasili Berezutski, 90+2
Baş hakim: Nikola Ritsoli
Marsel. “Velodrom” stadionu
saytlarin hazirlanmasi