Bonillaya növbəti təklif
"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonillaya daha bir klub "elçi düşüb".
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Dinamo" Buxarest və "Partizan"ın ardından salvadorlu hücumçuya Portuqaliyadan da təklif gəlib. 25 yaşlı futbolçuya Portuqaliya klublarından biri daha yaxşı şərtlərlə müqavilə təklif edib.
"Zirə" hələki Nelson Bonilla ilə bağlı son qərarını verməyib.
Qeyd edək ki, Bonilla "Zirə"yə ötən mövsüm transfer olmuşdu.
saytlarin hazirlanmasi