Monteneqrolu qapıçı "Neftçi"nin yalanını üzə çıxardı

15:48 - 21 İyun 2016

"Neftçi" hekayəsi mənim üçün başlamamış bitdi"
 
“Neftçi” monteneqrolu qapıçı Milan Miyatoviçlə son anda müqavilə imzalamayıb. Klub transferin baş tutmamasına səbəb kimi futbolçunun tibbi müayinədən uğursuz keçməsini göstərib.
 
Məsələ ilə bağlı 28 yaşlı qolkiper Sportal.az saytına verdiyi açıqlamada səhhətində problem olmadığını bildirib:
 
“Səhhətimdə problem var? Bu necə ola bilər? Mən 1 həftə “Neftçi”də məşq etmişəm. Nə zədəm var, nə də səhhətimdə problemim. Karyeramda bir neçə klub dəyişmişəm. Amma belə hal baş verməyib. Sadəcə başqa məsələlərdə razılaşa bilmədik. Hazırda hava limanındayam və vətənimə dönürəm. “Neftçi” hekayəsi mənim üçün başlamamış bitdi”.

Xəbər xətti