"Bu vəziyyət mənə bir az da güc verdi"
“Sumqayıt”la müqavilə imzalayan Vadim Abdullayevin daha sonra "kimyaçılar"dan ayrıldığı haqda məlumatı diqqətinizə çatdırmışdıq.
Vadim Abdullayev baş verən hadisə ilə bağlı fikirlərini Sportal.az saytına bölüşüb:
“Mən futbolumuzda düzgün və başa düşən insan görə bilmədim. Məni aldadanlar çox oldu. Yəqin ki, mənim insanlağımdan istifadə edirlər. Müqavilə imzalayandan sonra qarşıma şərtlər qoymalarını heç cür başa düşə bilmirəm. Mənimlə tək Samir Abasov söhbət etsəydi, ona deyiləsi sözlərim var idi.
Onun haqda çox danışmayacam. Sadəcə mənim yerimdə Samir Abasov olsaydı, nə hisslər keçirərdi? İndi də klubsuz qalmışam. Çox sağ olsunlar. Heç bir klubdan təklifim yoxdu. Bu hadisələr insana çox şeyi öyrədir. Əgər özümü zəif futbolçu hesab etsəm, karyeramı bu dəqiqə başa vuraram. Hər halıma görə, Allahıma şükür edirəm. Bu vəziyyət mənə bir az da güc verdi”.
saytlarin hazirlanmasi