Zirə” heyətinə daha bir legioner cəlb edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli paytaxt təmsilçisi ilə 1 illlik müqavilə imzalayıb.
Karyerasına İtaliyanın “Çezena” klubunda başlayan Sezar dahan sonra icarə əsasında İspaniyanın “Alaves” və İtaliyanın “Paviya” klublarında çıxış edib. Futbolçu son mövsümü Bakının “İnter” klubunda keçirib.