Rövnəq Abdullayevin oğlu klub rəhbəri oldu

23:47 - 6 Sentyabr 2016

Birinci divizionda yarışan “Səbail” Futbol Klubunun Müşahidə Şurasına yeni sədr təyin edilib.

 

Sportal.az xəbər verir ki, bu vəzifəyə SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev gətirilib.

 

Klubun Müşahidə Şurasının əvvəlki sədri Yusif Həsənov isə icraçı direktor təyin edilib.

Xəbər xətti