Milli komandamızın futbolçusu Ruslan Qurbanovun “Neftçi”dən ayrılaraq “Qəbələ”yə keçməsindən xəbərdarsınız.
Sportal.az xəbər verir ki, transferin baş tutduğu günlərdə millinin toplanışında olan futbolçu şəxsi əşyalarını "Neftçi"nin bazasında qoyub. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunundan sonra "Neftçi"nin bazasına gələn və əşyalarını götürmək istəyən Qurbanovu içəri buraxmayıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları ona bazaya girməyin klub rəhbərliyinin tapşırığına əsasən qadağan edildiyini bildiriblər.
Ruslan AFFA-nın baş katibi Elxan Məmmədova şikayət edəcəyini bildirəndən sonra onun əşyalarını götürməsinə şərait yaradılıb. (idman.com.az)
saytlarin hazirlanmasi