Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edib. “Əlincə Arena"da keçirilən matçda "qırmızı-qaralar" rəqibini böyük hesabla məğlub edib.
Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.
10 sentyabr (şənbə)
20:00.“Neftçi” – “Qəbələ” 0:8
QOLLAR: Baqali Dabo, 5, 16, 59, Vitali Vernidub, 10, Filip Ozobiç, 29, Ruslan Qurbanov, 45, 83, Voislav Stankoviç, 70
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
“Əlincə Arena”