Riçard Almeyda: "Kimisə qorxutmaq fikrimiz yoxdur" MÜSAHİBƏ

12:02 - 10 Sentyabr 2016

Premyer Liqanın 4-cü turunda "Qarabağ" "Əlincə Arena"da qəbul etdiyi AZAL-ı 6:0 hesabı ilə darmadağın edib.

 

Oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda Sportal.az-a müsahibə verib:

 

- Oyunu yüngül məşq etmək olar?
- Oyunda yaxşı nəticə əldə etdik. Məşqçimizin tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdik və gözəl nəticə alındı. Amma oyunu yüngül məşq hesab etmək olmaz. Kənardan asan görünə bilər.


- Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibiniz olan "Slovan"ının məşqçisi də bu oyunu canlı izlədi. Sizcə, onun gözünü qorxuda bildiniz?
- Bu haqda məlumatlı deyildim. Kimisə qorxutmaq fikrimiz yoxdur. Bu gün şanslarımızı maksimum şəkildə dəyərləndirdik.

 

- "Slovan"ın məşqçisi Yaroslav Köstl sizin oyununuzu xüsusi qeyd etdi...
- Hər futbolçu oyundan-oyuna daha da artırmalıdır. Meydanda öz işimi görürəm. Bizim öz dəst-xəttimiz var. Qapıçı müdafiəçiələrə, müdafiəçilər də mərkəz xəttə kömək edir. Qurban Qurbanov bizdən hər oyun daha da artırmağı tələb edir. Rəqib məşqçinin haqqımda xoş sözlər deməsinə sevinirəm.

 

- Çexiya klubu ilə "Dalğa Arena"da oynamalı olacaqsınız. Bu barədə nə söyləyə bilərsən?
- Biz Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq istəyirdik. Amma qazonun vəziyyəti bizim bu istəyimizə mane olur. Elə də ciddi fərq yoxdur. Sadəcə, azarkeş sayı az olacaq və əvvəlki atmosferi görməyəcəyik.


- Avropa Liqasının qrupundan növbəti mərhələyə yüksələ biləcəksiz?
- Qrupumuz elə də asan deyil. Avropa Liqasında zəif rəqib olmur. Öz oyunumuzu nümayiş etdirəcək. İstəyirik ki, uğurlu nəticə əldə edək.


- “Fiorentina” qrupun favoritidir. Digər 3 komandanın şansını necə dəyərləndirirsən?
- Təbii ki, “Fiorentina” favoritdir və böyük klubdur. Bütün komandalar mübarizə aparacaq. Zəif rəqib yoxdu. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Xəbər xətti