"Neftçi" azarkeşlərindən Müşahidə Şurasına: "Rədd olun"

20:38 - 10 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" "Qəbələ"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, "Əlincə Arena"da keçirilən qarşılaşmada bakılı azarkeşlər əvvəlcədən söz verdiyi kimi, klub rəhbərliyini istefaya səsləyirlər. 
 
Belə ki, oyun başlar-başlamaz "Şura istefa, rədd olub çıxın gedin" şuarları səsləndirirlər. 
 
Bundan başqa, onlar klubun ünvanına xoşagəlməz ifadələr də deyirlər.
 
Qeyd edək ki, ilk 16 dəqiqədən sonra "Neftçi" qapısında 3 qol görüb. Bu da, yerli azarkeşləri daha da qıcıqlandırıb.

Xəbər xətti