"Qəbələ" "Qarabağ"ı məğlub etdi YENİLƏNİB

20:52 - 2 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqanın 7-ci turuna yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşması son oyun gününə təsadüf edir. Lider "Qəbələ" son üç mövsümün qalibi olan “Qarabağ”ı qəbul edəcək. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan bu komandaların oyunu maraqla gözlənilir.

 

Hazırda turnir cədvəlində 3-cü olan Ağdam klubu qalib gələrsə, xalını “Qəbələ” ilə bərabərləşdirəcək və şəxsi oyuna görə ilk pillədə qərarlaşacaq. Roman Qriqorçukun komandası isə qələbə sayəsində “Qarabağ”la xal fərqini altıya çatdıra bilər.

 

Qeyd edək ki, bu oyunla Premyer Liqada ilk dövrə başa çatacaq.

 

2 oktyabr

Azərbaycan Premyer Liqası

VII tur

 

19:00 “Qəbələ” – “Qarabağ” 2 - 0 

Qollar: Filip Ozobiç, 11, Baqali Dabo, 14

 

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu, 19:00

Xəbər xətti