"Qarabağ"da daha bir ciddi itki: Rəşad Sadıqov "Qəbələ"yə qarşı oynamayacaq

17:06 - 2 Oktyabr 2016

“Qarabağ”ın və milli komandanın yarımmüdafiəçisi Əfran İsmayılovun 1 aylıq sıradan çıxdığı barədə xəbər vermişdik. Sportal.az-ın əldə etdiyi məlumata görə, komandada daha bir ciddi itki var. Kapitan Rəşad Sadıqov zədələndiyi üçün “Qəbələ”yə qarşı oynamayacaq.

 

“Qarabağ”ın və millinin kapitanı Avropa Liqasında “Fiorentina” ilə oyunun ilk hissəsində dizindən zədə alıb. Sadıqov İtaliyadakı oyunu başa vursa da, “Qəbələ” ilə matçda “Qarabağ”a kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Rəşad Sadıqovun hansı müddətə zədələndiyi barədə hələki dəqiq bilgi yoxdur.    

Xəbər xətti