Azərbaycan Premyer Liqasında 7-ci tura “Qəbələ” – “Qarabağ” görüşü ilə yükun vurulub. Oyun “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan əvvəl necə idiniz və hazırda necəsiz?
- Kifayət qədər yaxşı idim. Oyundan sonra da beləyəm. Məni xüsusi ilə o sevindirdi ki, gözəl oynadıq. Uşaqlar yaxşı oynadılar.
- Bu qələbə sizi Ukraynaya aparmır?
- Xeyr, ailəmlə Qəbələdə istirahət edəcəyik.
- “Qəbələ” hazırda yüksəlişdədir. Fasiləni vaxtsız hesab etmirsiz?
- Bizim qrafikimiz çox sıx idi. Bu fasilədən özümüz üçün yaralanmalıyıq.
- Dabo və Uiks fiziki cəhətdən hazırlıqlı görünmürlər. Onlar bir hissəlik futbolçulardır?
- Dabo 60 metr məsafəni qət edib qol vurmuşdu. Düşünmürəm ki, bizdə hazırlıqsız futbolçu var. Sadəcə hamısı inkişaf etməlidir.
- Petar Franyiç bu gün oynamadı. Ondan narazısız yoxsa ona ehtiyac olmadı?
- Bu gün özümü öldürsəydim belə, 14 nəfərdən çox futbolçu oynaya bilməzdi. Kim hazırdısa, o oynayır. Bizim öz yanaşmamız var.
- Əgər legioner limit olmasaydı, azərbaycanlı futbolçunu meydana buraxardız?
- (Gülür) Son avrokubok görüşündə 3 azərbaycanlı futbolçuya etimad göstərdim. Biz oyunçular pasportuna baxmırıq. Kim hazırdırsa, ona da şans veririk. Bizim öz yanaşmamız var. Bu gün protokla diqqətlə baxsaz, haqlı olduğumu düşünəcəksiz. Hər iki komandanın heyətində həm yerli, həm də legioner futbolçular var.
- Bir çox futbolçular sizin dönəminizdə parlayıb. Dabo sizi ilk məşqdə əsəbləşdirmişdi, Ruslan Qurbanov indi daha inamlı oynayır və.s. Sizin sehrli çubuğunuz var yoxsa onlarla yaxından söhbət edirsiz?
- Bizim xüsusi proqramımız yoxdur. Elə futbolçu var ki, ona çox zaman lazım olur.
- Hazırki “Qəbələ” sizin futbol fəsləfənizi nə dərəcədə nümayiş etdirir?
- Belə deməzdim. Gərək ideal olasan, bu da mümkün deyil. İlk hissədə yaxşı oynadıq, çox xoşuma gəldi. İdeal olmaq üçün çox işləməliyik.
- Azərbaycanda hansısa futbolçudan nəsə öyrənmisiz?
- Əlbəttə ki, öyrənirik. Futbolçularla danışıram, ünsiyyət qururam. Hər şeyi müzakirə edirik.
- Teo Uiks çox sərt oynayır. Onunla söhbət etmisiz?
- Uiksin Avropa Liqasındakı qırımzı vərəqəsinə görə söhbət etmişik. Təəssüf ki, qısa müddətdə bunu dəyişə bilmir, amma çalışır. Uiks üzərində çox çalışıb və inkişaf edir.
saytlarin hazirlanmasi