"Boavişta"nın baş məşqçisi Ervin Sançes Portuqaliya Premyer Liqasının 7-ci turunda "Moreyrense"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalsitlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, boliviyalı mütəxəssis Kamran Ağayevin penaltini zərərsizləşdirməsindən sonra komandasının daha güclü oynamağa başladığını bildirib:
"Kamran Ağayevin penaltini dəf etməsindən sonra nəyə qadir olduğumuzu nümayiş etdirdik. Qələbə qazanacağımızı bilirdik. Çox istəkli idik və 3 xalı haqq edirdik. Çox xoşbəxtik və futbolçularımla fəxr edirəm. Bu qələbəni klubun prezidenti Joao Lourerioraya həsr edirik və ona şəfa diləyirik".
Qeyd edək ki, "Boavişta" ilk qolu Kamran Ağayevin penaltini dəf etməsindən cəmi 4 dəqiqə sonra vurub.