“Qarabağ”ın futbolçusu Elvin Yunuszadə Topaz Premyer Liqanın 7-ci turunda “Qəbələ” ilə matçdan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Artıq "Qəbələ" ilə aranızda 6 xallıq fərq yarandı. Bunu aradan qaldırmaq çətin olmayacaq?
- Biz əlimizi çempionluqdan üzmürük. Yenə çalışacağıq və çempion olmaq üçün əlimizdən gələni edəcəyik.
- Oyundan sonra Qurban Qurbanov sizə nə dedi?
- Qurban müəllim həmişə bizə inanır. Oyundan sonra da bizə hər zaman təsəli verir və motivasiyamızı yüksək tutmaq istəyir.
- "Fiorentina" ilə oyunda aldığın qırmızı vərəqədən sonra sosial şəbəkələrdə tənqid hədəfinə çevrildin.
- Bu, normaldır. Hamının fikrinə hörmətlə yanaşıram. Amma nə edə bilərdim. Bunu komandam üçün etdim. Orda qırmızı verməmək də olardı. Bu "Qarabağ"da ilk qırmızı vərəqəm idi.
- Rəşad Sadıqovun bu oyunda olmaması öz sözünü dedi?
- Rəşadın olmaması həmişə özünü göstərir. Ondan öyrənəsi çox şey var. Hər zaman bizə dəstək olur.
saytlarin hazirlanmasi