Reynaldo: "Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram" MÜSAHİBƏ

13:29 - 3 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ” səfərdə “Qəbələ”yə 0:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra ağdamlıların hücumçusu Reynaldon jurnalistlər önündə matç haqqında fikirlərini bildirib:

 

- Rəqibə hörmət edirəm. Onlar artıq bizi turnir cədvəlində 6 xal qabaqlayırlar. Lakin bu çempionluq üçün yetərli deyil. Hər zaman lider dəyişə bilər.

 

- Meydanda əvvəlki Reynaldonu görə bilmirik...
- Zədəli olduğum günləri xatırlamaq belə istəmirəm. Ancaq "Qarabağ”a kömək etmək üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.Var gücümlə çalışıram.

 

- Kapitan Rəşad Sadıqovun yoxluğunda müdafiə xəttiniz olduqca zəif çıxış edir..
- Komandadakı bütün futbolçular start heyətində oynamağa çalışırlar. Futbolçular arasında fərq qoymaq düzgün olmazdı. Start heyətdə oyuna çıxan futbolçular bir-birilərini yaxşı tanıyırlar. Dəyişiklik olanda isə nisbətən fərq hiss olunur. Amma axsama olmur.

 
- Artıq 5 ilə yaxındır ki, ölkəmizdə çıxış edirsən. Bu müddət tamam olandan sonra dəvət gəlsə, Azərbaycan millisində çıxış edə bilərsənmi?
- Mənim üçün Azərbaycanda yaşamaq çox xoşdu. Burda hər kəs mənimlə yaxşı rəftar edir. Ancaq mənim üçün ilkin hədəf odu ki, daha çox məşq edim və əvvəlki formamı bərpa edim. Bundan sonra Azərbaycan millisindən təklif gəlsə, məmnun olaram. Nəyə görə Azərbaycan xalqını sevindirəcək oyun göstərməyim ki?

Xəbər xətti