Premyer Liqanın 7-ci turunu neçə azarkeş izlədi? FOTOLAR

14:34 - 3 Oktyabr 2016

Azərbaycan Premyer Liqasında 7-ci turuna 4 oyunla yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ilk dövrənin son turunu stadiondan izləmiş azarkeş sayı bəlli olub. Turun rekordu mərkəzi oyunda qeydə alınıb. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qəbələ" və "Qarabağ"ın Qəbələ şəhər stadionundakı oyununu (2:0) 3000 tamaşaçı izləyib.

 

Ən az azarkeş isə "İnter Arena"da qeydə alınıb. Burda "İnter" və "Zirə" arasında baş tutmuş oyunda (1:1) cəmi 500 azarkeş qeydə alınıb. Turun digər oyunlarından Masazırdakı "Əlincə Arena"da baş tutmuş "Neftçi" - "Kəpəz" qarşılaşmasını (2:0) 900, "Sumqayıt" - AZAL matçını (1:1) isə 1500 tamaşaçı izləyib.

 

Ümumilikdə turun 4 oyununu 5900 azarkeş tribunalardan izləyib ki, bu da hər oyuna orta hesabla 1475 azarkeş deməkdi.

 

Xəbər xətti