Kamran Ağayev rəmzi "11-lik"də FOTO

00:20 - 4 Oktyabr 2016

Portuqaliya Premyer Liqasında 7-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, başa çatan oyunlardan sonra turun simvolik heyəti açıqlanıb. "Whoscored" saytının tərtib etdiyi rəmzi komandada millimizin və "Boavişta"nın qolkiperi Kamran Ağayev də var.

 

Qeyd edək ki, "Boavişta" öz meydanında “Moreirense”yə 2:0 hesabı ilə qalib gəlib. İlk dəqiqədən sonadək meydanda olan Ağayev 26-cı dəqiqədə penaltini dəf edib.

 

Xəbər xətti