Azərbaycanda uşaq futbolunun təbliğatı istiqamətində fəaliyyətimizi davam etdiririk. Bu dəfə çəkiliş qrupumuz U-12 Liqasının 2-ci turu çərçivəsində keçirilən “Leon” – “Qarabağ” matçında olub.
Çempionatın debütantı olmasına rəğmən “Leon” liqaya yaxşı hazırlıq keçib. Klubun əsas gücü U-10 komandası olsa da, 12 yaşlıları da pis təsir bağışlamır. Bunu 1-ci turda “İnter”lə heç-heçə də göstərdi. “Qarabağ”a gəlincə, 1-ci turda 2:3 hesabıyla “Neftçi”yə yenilmişdilər.
“Leon” – “Qarabağ” görüşündə hesab artıq 3-cü dəqiqədə açıldı. “”Qarabağ”ın kapitanı İbrahim Ağayev cərimə zərbəsindən fərqləndi. Birinci hissə qarşılıqlı hücumlar şəraitində keçdi. Həm “Qarabağ”, həm də “Leon” qol vurmaq üçün imkanlar əldə etsələr də, hesab dəyişmədi.
İkinci hissəni isə “Qarabağ”ın ucaboy müdafiəçisi Emin Məmmədzadənin benefisi adlandırmaq olar. 14 nömrəli futbolkayla çıxış eləyən Emin het-trik etdi, eyni zamanda uzaq məsafələrdən vurduğu qolları da baxımlı alındı. “Leon”un gücü yalnız təsəlli qoluna çatdı. İsmayıllı İsmayıllı penalti zərbəsindən fərqləndi.
QEYD: Bu layihə heç bir qurum tərəfindən maliyyələşmir. Ölkəmizdə uşaq futbolunun təbliğatı üçün çalışan Sportal.az bu layihəni öz imkanları hesabına həyata keçirir.
U-12 Liqası
2-ci tur
“Leon” – “Qarabağ” 1:4
Qollar: İsmayıl İsmayıllı, 50 (p), - İbrahim Ağayev, 3, Emin Məmmədzadə, 31, 38, 42
saytlarin hazirlanmasi