Çexiya millisinin müdafiəçisi Tomaş Sivok komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniyaya, 11-də Azərbaycana qarşı keçirəcəkləri görüşlərdən danışıb.
Sportal.az xəbər verir ki, Türkiyənin “Bursaspor”da çıxış edən 33 yaşlı futbolçu yığmamızla görüşə motivasiya olmaq üçün almanlarla görüşdə sərfəli nəticə qazanmalı olduqlarını bildirib:
“Bizi iki vacib və çətin qarşılaşma gözləyir. Almanlarla görüşdə rəqib birmənalı olaraq favoritdir. Amma bu o demək deyil ki, asan təslim olacağıq. Dünya çempionarına qalib də gələ bilərik. Almaniya üzərində qələbə Azərbaycanla matç üçün də vacibdir. Əgər ilk görüşdə qələbə qazansaq, həmin görüşə də motivasiya olmaqda çətinlik çəkməyəcəyik”.
saytlarin hazirlanmasi