Tomaş Sivok: "Azərbaycana da həmin aqibəti yaşatmaq istəyirik" MÜSAHİBƏ

14:51 - 10 Oktyabr 2016

Çexiya yığmasının müdafiəçisi Tomaş Sivok yerli mətbuata müsahibə verib.

 

Sportal.az təcrübəli futbolçunun müsahibəsini təqdim edir:

 

- Qrupda 2 oyundan sonra 1 xal…
- Şimali İrlandiya ilə öz meydanımızda heç-heçə etdik. Səfərdə isə güclü Almaniyaya 0:3 hesabı ilə uduzduq. Buna baxmayaraq, azarkeşlərimizin bizə böyük inamı var. Qarşıda Azərbaycanla çətin oyunumuz var. Rəqibimizin 6 xalı var. Üzərimizdə təzyiq var. Bunun üçün mütləq qələbə qazanmalıyıq.

 

- Almaniya ilə oyunda komanda heç özünə bənzəmirdi…
- Almaniya kifayət qədər güclü komandadır. Rəqibdən topu almaq çox çətin idi. Heyətimizdə də ciddi itkilər var idi. Matçın ilk 15 dəqiqəsindən sonra oyunun ritmini itirdik. 

 

- Azərbaycana qarşı necə oynamaq lazımdır?
- Onlar iki oyuna 6 xal toplayıb. Çətin olacaq. Ancaq hücum futbolu oynamalıyıq və müdafiədə etibarlı olmalıyıq. Azərbaycanı 90 dəqiqə ərzində təzyiq altında saxlamalıyıq. Bu oyun tam fərqli olacaq.

 

- Artıq Azrəbaycan millisi “asan yem” deyil…
- Bizim bu oyunda yalnız 3 xal qane edir. Ostrava şəhərində Serbiyaya 4:0 hesabı qalib gəlmişdik. Azərbaycana da həmin aqibəti yaşatmaq istəyirik. Düzdür, fikirlərinzlə razıyam. Azərbaycan indi asan rəqib deyil. Əvvəllər isə Azərbaycan yığmasını asanlıqla məğlub etmək mümkün idi. Artıq onlar yaxşı müdafiə olunmağı bacarırlar. Həmçinin keyfiyyətli hücumlar da qura bilirlər.

 

- Azərbaycanın ən güclü silahı dünya şöhrətli baş məşqçiləri Robert Prosineçkidir…
- O, Norveçə qarşı çox gözəl taktika ilə oynadı. Azərbaycanın qrupda 6 xal qazanması məşqçinin əməyidir.

 

- “Bursaspor”dakı komanda yoldaşın Dəniz Yılmaz da Azərbaycan millisinin üzvüdür. Ondan nə soruşduz?
- O, zədədən əziyyət çəkirdi. Buna görə Azərbaycan millisinə dəvət almadı. O, yığmada debüt etməyib. Dəniz Yılmaz səviyyəli futbolçudur. Yılmazdan başqa Azərbaycan millisində səviyyəli futbolçular var.

Xəbər xətti