"Şəmkir"imizin hücumçusu Ruslan Varansov klubun rəsmi facebook səhifəsinə açıqlama verib.
Sportal.az xəbər verir ki, futbolçu ilk olaraq "Qaradağ Lökbatan"-la oyunda aldığı zədədən danışıb: "Zədəm elə də ciddi deyil. Məşqlərə başlamışam. "Mil-Muğan"la oyuna hazır olacam. Bu matça çox ciddi hazırlaşırıq. İnanıram ki, səfərdən üç xalla qayıdacağıq. Qələbə həm bizim üçün, həm də azarkeşlərimiz üçün vacibdir. Qalib gəlsək, turnir cədvəlində mövqeyimizi də yaxşılaşdırmış olarıq."
Futbolçu "Şəmkir"in gələcək planlarından da danışıb:" Komandamız gündən-günə güclənir. yaxşı heyətimiz var. Artıq demək olar ki, bütün futbolçularımız komandaya uyğunlaşıb. Premyer Liqaya çıxmaq üçün əlimizdən gələni edəcəyik. Amma bunun üçün zəhmət çəkməli, çox şalışmalıyıq."
Ruslan Varansov "Şəmkir"dəki rəqabətdin olmasının yaxşı hal olduğunu bildirdi: "Şəmkir"də Yaxşı futbolçuların sayı çoxdur. Amma mən heç vaxt rəqabətdən çəkinməmişəm. Olması da yaxşı haldır. Çünki rəqabət bizi daha da gücləndirir. "
saytlarin hazirlanmasi