"Zirə" Təmkin Xəlilzadənin xidmətindən məhrum oldu

11:34 - 31 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının XI turunda öz meydanında "Qarabağ”ı qəbul edəcək "Zirə” ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, Zirədə baş tutacaq qarşılaşmada "qartallar"ın baş məşqçisi Adil Şükürov komandanın aparıcı futbolçusu Təmkin Xəlilzadənin xidmətindən istifadə edə bilməyəcək. 
 
Buna səbəb futbolçunun cəzalı duruma düşməsidir. Xəlilzadə Premyer Liqanın X turunda "Zirə” – "Kəpəz” (2:0) oyununda sarı vərəqə ilə cəzalanıb. Mövsüm ərzində 4-cü "sarı”sını alan futbolçu "Qarabağ”la görüşü buraxmalı olacaq.
 

Qeyd edək ki, "Kəpəz" - "Sumqayıt" matçı noyabrın 6-da baş tutacaq.

Xəbər xətti