Sloveniyanın "Domjale" klubunda çıxış edən Samir Məsimov bu komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, heyətə düşməkdə çətinlik futbolçu qış fasiləsində komandanı tərk edəcək.
Əldə etdiyimiz məlumata əsasən, 21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü karyerasını Qazaxıstanda davam etdirəcək. Belə ki, gənc yarımmüdafiəçi bu ölkənin "Okjeptes" klubuyla razılıq əldə edib.
Qeyd edək ki, Samir Məsimov "Domjale"yə bu ilin yanvar ayında "Neftçi"dən transfer olunmuşdu.
saytlarin hazirlanmasi