Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" öz meydanında "Zirə"yə məğlub olsa da, iki oyunun nəticəsinə görə mərhələ adlayıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın futbolçusu Jonas Pesalli müsahibə verib:
- İlk oyunda yaxşı nəticə əldə etmişdik. Çalışırdıq ki, ilk oyunda aldığımız nəticəni qoruyaq. Mərhələ adladığımız üçün rəhbərliyimizi, azarkeşlərimizi təbrik edirəm.
- Komandanızın mərhələ adlamasında özünün nə qədər rolun olduğunu düşünürsən? Nəzərə almaq lazımdı ki, ilk oyunda 3 qol vurmuşdun...
- Biz bir komanda, bir ailəyik. Bunu təkcə mən yox, komanda şəkilində əldə etmişik. Komanda olmasaydı, mən də qol vura bilməzdim. Deyə bilmərəm ki, nə qədər payım oldu. Bu, hər birimizin uğurudu.
- Məğlub olduğunuza görə pis olursan, yoxsa mərhələ adladığınız üçün sevinclisən?
- Məğlub olduğumuza görə üzülmürəm. Bəlkə də karyeramda ilk dəfədi ki, məğlub olduğumuza görə üzülmürəm. Çünki mərhələ adlamışıq.
- Yarımfinalda “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunda “Qarabağ”ı keçmək olar?
- Hələlik növbəti mərhələnin dadını çıxarmağa çalışacağıq. Yanvar ayında təlim-məşq toplanışımız olacaq, yəqin ki, komandamız da güclənəcək. Təlim-məşq toplanışından sonra “Qarabağ”la kubok oyunu haqda düşünəcəyik.
- “Neftçi” “Qarabağ”la başa-baş mübarizə aparmaq üçün nə qədər güclənməlidir?
- Deməzdim ki, “Qarabağ”ı keçmək “Neftçi” üçün möcüzə olar. Bu oyunda da hər kəs “Zirə”ni favorit görürdü. Buna baxmayaraq, “Zirə” səddini keçə bildik. Yenə deyirəm,məşqçimiz əlindən gələni edəcək ki,komandamız güclənsin. İnanıram ki, hər şey yaxşı olsa, “Qarabağ” üzərində qələbə qazana bilərik.
- “Neftçi” legionerlərini bir-bir yola salır. Öz durumun haqda nə deyə bilərsən?
- Gəldiyim gündən komanda üçün əlimdən gələni etməyə çalışmışam. Heç vaxt bunun başqa tərəfin düşünməmişəm. Mən sadəcə uğur haqda düşünürəm. Bu ayın sonunda “Neftçi” ilə müqaviləm başa çatır. “Neftçi” mənə yeni müqavilə təklif edib və burada qalmaq niyyətindəyəm. Amma qalıb-qalmayacağım hələlik müəyyənləşməyib.
- Müqavilə şərtlərini açıqlaya bilərsən?
- Müqavilənin şərtləri haqda nəsə deyilməyib. Ancaq bildiriblər ki, məni komandada görmək istəyirlər. Bundan sonra agentim bu işlərlə məşğul olacaq. İnanıram ki, razılıq əldə edəcəyik.
- Yəqin ki, bundan sonra daha çox pul istəyəcəksən...
- Puldan söhbət gedə bilməz. Sadəcə, “Neftçi” yenilənmə dönəmindədi. Ona görə də, odla su arasında qalmışıq. Yalnız yenilənmə prosesinə görə yekun qərar verməmişəm.