"Trabzonspor"un rəsmisi: "Hücum xəttindəki problemləri qabardanda Ramili saymıram"

12:18 - 22 Dekabr 2016

“Trabzonspor”un vitse-prezidenti Öndər Bülbüloğlu Türkiyə mətbuatına açıqlama verib.


Sportal.az xəbər verir ki, klub rəsmisi milli komandamızın hücumçusu Ramil Şeydayev haqda danışıb:

 

“Ramil Şeydayev gənc futbolçudur. Biz onu növbəti illər üçün transfer etmişik. Hücum xəttindəki problemləri qabardanda Ramili saymıram. Ancaq Dame N’Doye, Muhammet Demir və Hyun Yun Suk hücum xəttində dişsizdirlər. Suk komandaya heç cür uyğunlaşa bilmədi, alınmadı onda. Yeni futbolçunu qışda məxsus olduğu klubuna göndərmək nə dərəcədə uyğundur, bilmirəm. Hər kəs görür ki, hücum xəttində problemlər var. Ən yaralı yerimiz buradır. Legioner futbolçuyla danışıqlar gedir, amma ad çəkməyəcəm”.

 

Bülbüloğlu baş məşqçi Ərsun Yanala güvəndiklərini bildirib:

 

“Ərsun Yanala güvənərək yola çıxmışıq. Biz missiyamıza başalayanda da söylədik ki, bir mövsümdə 2-3 məşqçini dəişmək doğru deyil. Məşqçiləri əlcək kimi dəyişmək niyyətində deyilik. Bunu etsəydik, əvvəlki rəhbərlikdən nə fərqimiz olacaqdı? Yanala çox güvənirik və inanırıq. Komandamız yenidir, bəzi oyunçular adaptasiya ola bilmir. Bilirik ki, probelmlər var. Ərsun Yanal Türkiyənin ən təcrübəli və ən güclü məşqçilərindən biridir. O, bu vəziyyət düzəldəcək”.

 

Klub rəsmisi "Antalyaspor"un ulduz futbolçusu Samuel Eto'Onun "Trabzonspor"la adının hallanmasına da münasibət bildirib:

 

"Maraqlandığımız futbolçular arasında Eto'Onun adı yoxdur. Mövsümün əvvəlindən mətbuatda 20 futbolçunun adı klubumuzla hallanıb. Ancaq həmin oyunçuların 90 faizi ilə əlaqəmiz belə yoxdur. Yarımmüdafiə, hücum və sağ cinah üçün oyunçular axtarırıq".

Xəbər xətti