Çexiya millisinin üzvü "Neftçi"yə gəlir?

11:11 - 27 Dekabr 2016

Çexiya millisinin yarımmüdafiəçisi Lukaş Droppa Rusiyanın "Tom" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçuya "Neftçi" təklif göndərib. Lakin Droppa "Neftçi"ni alternativ variant kimi saxlayaraq cavab verməyib. Çünki futbolçu Kiprin APOEL klubu ilə danışıqlar aparır və razılığa gəlsə, Nikosiya təmsilçisi ilə müqavilə imzalayacaq.

 

Xatırladaq ki, Droppa DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirilən matçda (0:0) iştirak edib. "Neftçi"nin və millinin məşqçisi Elxan Abdullayev yarımmüdafiəçinin oyununu canlı izlədiyi üçün transferdə israrlıdır.

Xəbər xətti