Müstəqillik tarixinin bərbad günlərini yaşayan “Neftçi”də artıq yenilənmə prosesi başlayıb. Əvvəlki idarəçilərin kluba “sırıdığı” səviyyəsiz legionerlər uzaqlaşdırılır, heyətə yeni futbolçular cəlb olunur. Yalnız legionerlər yox, həm də yerli futbolçularla bağlı iş gedir. Artıq milli komandamızın üzvü Namiq Ələsgərov “Neftçi”nin sıralarına qatılıb. Mətbuatda yer alan xəbərlərə inansaq, millinin daha iki futbolçusu - Ruslan Abışov və Ağabala Ramazanov da “Neftçi”yə gəlir.
“Neftçi” ilə bağlı transfer xəbərlərinin gündəmi zəbt etdiyi bir məqamda maraqlı bir məlumat almışıq. Sportal.az-ın əldə etdiyi xəbərə görə, qışdan sonra “Neftçi”ni millinin baş məşqçisi Robert Prosineçki çalışdıracaq. Hal-hazırda baş məşqçi postunu tutan Elxan Abdullayev millidə olduğu kimi, “Neftçi”də də xorvat mütəxəssisin köməkçisi olacaq.
Deyilənlərə görə, Robert Prosineçki xaricdə oynayan Ramil Şeydayev və Dmitri Nazarovu da sərəncamında görmək istəyir. “Neftçi” onun rəhbərliyi altında millinin baza klubu olmalıdır. Yəni, onun təyinatı məhz buna hesablanıb.
saytlarin hazirlanmasi