I Divizionda mübarizə aparan "Zaqatala" mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, şimal-qərb bölgəsinin klubu digər Divizion təmsilçisi "Ağsu" ilə qarşılaşıb. Matç Şaban Şirdanovun yetirmələrinin 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.
"Zaqatala"nın qollarını Oruc Balaşlı ilə Asim Babazadə vurub.
saytlarin hazirlanmasi