"Qəbələ" transfer fəaliyyətini davam etdirir. Komandanın baş məşqçisi Roman Qriqorçukun tələbiylə "qırmızı-qaralar" hücum xəttini gücləndirəcək.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, əyalət təmsilçisi sabiq hücumçusu Daniel Subotiçi transfer etmək istəyir. 27 yaşlı forvard hazırda Moldovanın "Şerif" klubunda çıxış edir.
"Qəbələ" isveçrəli futbolçu ilə danışıqlar aparır və transfer pəncərəsi bağlanana kimi bu keçidi həll etmək niyyətindədir.
Xatırladaq ki, Subotiç 2013/14-cü il mövsümündə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"ın heyətində 29 oyuna 12 qol vurmuşdu.
2015-ci ildən "Şerif"də çıxış edən Subotiç 35 oyuna 15 qol vurub.
saytlarin hazirlanmasi