"Qəbələ" "Neftçi"ni, "Qarabağ" AZAL-ı məğlub etdi YENİLƏNİB

18:52 - 3 Fevral 2017

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start verilib. 

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

Günün ilk oyununda “Qarabağ”ı AZAL-ın qonağı olub. Qarşılaşma Ağdam təmsilçisinin 2 - 1 hesablı qələbəsiylə başa çatıb.

 

Günün ikinci oyunu isə Qəbələdə baş tutub. “Qəbələ” “Neftçi” ilə üz-üzə gəlib. Bu görüş isə meydan sahiblərinin minimal hesablı qələbəsiylə yekunlaşıb. 

 

Azərbaycan Premyer Liqası

XVI tur

3 fevral

 

15:00 AZAL - “Qarabağ” 1:2

Qollar: Rəşad Abdullayev, 7 - Maksim Medvedev, 60, Coşqun Dİniyev, 63

Qırmızı vərəqə: Sadio Tounkara, 45+3
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
“AZAL Arena”

 

17:00 “Qəbələ” - “Neftçi” 1:0 

Qol: Daniel Subotiç, 77
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

Xəbər xətti