Sadio Tounkara: "Tam heyətlə oynasaydıq, məğlub olmazdıq" MÜSAHİBƏ

17:53 - 3 Fevral 2017

AZAl Premyer Liqanın 16-cı turunda doğma meydanda "Qarabağ"la qarşılaşıb.

 

Ağdam təmsilçisinin 2 - 1 hesablı qələbəsiylə başa çatan matçdan sonra meydan sahiblərinin futbolçusu Sadio Tounkara Sportal.az-ın suallarını cavablandırıb. Malili yarımmüdafiəçinin müsahibəsini təqdim edirik:

 

-Epizodun təkrarına baxanda görünürdü ki, qayda pozuntusu yoxdur. Fikrin nədir?
-Başa düşmədim ki, bunu “Qarabağ”a görəmi etdi? Heç nə anlaya bilmədim. 

 

-Sən İbrahim Sehiçə toxunmuşdun?
-Orda heç nə yox idi. Mən heç kimə toxunmamışam.  

 

-Bəlkə hakimə etiraz etdiyin üçün qırmızı vərəqə ilə cəzalandın...
-Mən hakimə heç bir etiraz etməmişəm. 

 

-Bu qərarın “Qarabağ”a nə dərəcədə köməyi oldu? Düşünmürsən ki, tam heyətlə oynasaydız, uduzmazdız...
-Tam heyətlə oynasaydıq, məğlub olmazdıq, ən azından heç-heçə edə bilərdim. Amma  uduzmazdıq.

Xəbər xətti