"Kəpəz"lə "Zirə"nin futbolçusuna 2 oyunluq cəza

13:27 - 7 Fevral 2017

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “Zirə” – “Kəpəz” matçında baş vermiş intizamsıqlıqlara da baxılıb.


Nəticədə “Zirə” klubunun 5, “Kəpəz” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

 

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun 20 №-li futbolçusu Meza Colli və  oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 36 №-li futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalandırılıb və klublar 1600 manat cərimə olunub.

 

Xəbər xətti