"Qəbələ" liderliyini qorudu, "Qarabağ"dan darmadağın YENİLƏNİB

21:50 - 4 Mart 2017

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək. “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Cari mövsüm hər iki oyunda “Sumqayıt”a qalib gələn Ağdam klubu bu görüşdən də qələbə ilə ayrılmaqla yenidən liderliyə yüksəlməyə çalışacaq.

 

Digər oyunda isə lider “Qəbələ” “İnter”in qonağı olacaq. Ötən tur “Qarabağ”ı xalsız qoyan paytaxt klubu “Qəbələ” üçün də çətin rəqibdir. 

 

Turun digər iki oyunu isə sabah keçiriləcək.

 

16:00. “Sumqayıt” – “Qarabağ” 0:4

Qollar: Migel Markos Madera, 23, Riçard Almeyda, 45 (pen), Muarem Muarem, 49, Bədavi Hüseynov, 60
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Sumqayıt. Şəhər stadionu
 
 

20:00. “İnter” – “Qəbələ”  0:2

Qollar: Tellur Mütəllimov, 70, Daniel Subotiç, 81
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”

Xəbər xətti