"Kəpəz" "Sumqayıt"ı, "Neftçi" "İnter"i məğlub etdi YENİLƏNİB

21:29 - 18 Mart 2017

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Günün ilk matçında “Kəpəz” Gəncədə “Sumqayıt”ı qəbul edib. Qarşılaşma Şahin Diniyevin yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Digər oyunda isə “İnter” “Neftçi”nin qonağı olacaq. Bu görüş "Neftçi" klubunun 80 illik yubileyi gününə təsadüf etdiyindən simvolik olaraq saat 19:37-də start götürəcək.

 

16:00 "Kəpəz" - "Sumqayıt" 1:0

QOL: Dario Federiko, 45
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu
 
19:37 "Neftçi" - "İnter" 2:1

QOL: Uqo Barqas, 42, Rəhman Hacıyev, 69 - Nizami Hacıyev, 71
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. 8-ci km stadionu

Xəbər xətti