Xəbər verdiyimiz kimi, Ukrayna Premyer Liqasının 23-cü turunda Azərbaycan yığmasının müdafiəçisi Dmitri Nağıyevin komandası "Dnepr" məhz futbolçumuzun vurduğu yeganə qol sayəsində doğma meydanda "Zikra"ya qalib gəlib - 1:0.
Sportal.az xəbər verir ki, o, qarşılaşmadan sonra klub saytına müsahibə verib.
- Gözəl hisslər keçirirəm, qol vurmağı çox istəyirdim. Komanın qələbə qazanmaı çox xoşdu. Uzun zaman idi ki, qalib gəlmirdik. Nəhayət ki, bunu bacardıq. Həm də yaxşı günlərini yaşamayan Vitali Kireyevə sürpriz hazırlamışdıq. Ona həsr etdiyimiz və öncədən hazırlanan formaları özünüz də gördünüz. Bildiyiniz kimi, Vitali yaxın günlərdə əməliyyat olunacaq. Vitali bilsin ki, hamımız onun yanındayıq, tam dəstəkləyirik.
- Ötürmənin həmin istiqamətə ediləcəyini hiss etmişdin?
- Əgər həmin mövqeydə olmasaydım, məşqçilər korpusu məni öldürmüşdü (gülür). Onlar həmişə bizi cərimə meydançasına maksimum sürətlə daxil olmağa səsləyirlər. Bu, bəzən alınır, bəzən isə yox. Çox şükürlər olsun ki, mən bunu uğurlu bacardım. Hazırda "Yuventus"dan zəng etmişdilər. Sabah Turin şəhərinə müqavilə imzalamağa gedirəm (gülür). Sabah sosial şəbəklərdə, saytlarda təqdimatımı görəcəksiniz. Azarkeşlərimizə təşəkkür edirəm ki, məni hər zaman dəstəkləyirlər. Hamınızı 1 aprel günü münasibətilə təbrik edirəm!
- Matç başa çatdıqdan sonra hakimlə nəyə görə söhbət edirdiz?
- Sərbəst zərbə epizodu ilə bağlı soruşdum ki, niyə elə qərar qəbul etdiniz? Referi bildirdi ki, top hətta Rusikə də toxunsaydı, istənilən halda sərbəst zərbə təyin olunacaqdı.
- Amma o, sizin artıq "Yuventus"un oyunçusu olduğunuzu bilmirdi...
- Hələ bilmir. Ümumiyyətlə, biz onunla yerliyik, kiyevliyik (gülür).
saytlarin hazirlanmasi