Dario Federiko "Kəpəz"dən ayrılır?

13:17 - 11 Aprel 2017

“Kəpəz”in futbolçusu Dario Federiko mövsümün sonunda Gəncə klubundan ayrılmaq barədə düşünür.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, braziliyalı cinah oyunçusu daha iddialı klubların birinə keçmək istəyir. Mövsümün sonunda “sarı-göylər”lə müqaviləsi başa çatacaq Federiko təklifləri nəzərdən keçirəcək.

 

Qeyd edək ki, Federiko ötən mövsümdən “Kəpəz”də çıxış edir. Dario bu mövsüm Premyer Liqada 20 oyun keçirib və 2 qol vurub.

Xəbər xətti