"Qalatasaray"ın hücumçusu Səudiyyə Ərəbistanı klubuna keçir

15:46 - 23 Avqust 2019

Türkiyənin "Qalatasaray" klubu hücumçusu Mbaye Dianla yolları ayırmaq üzrədir.

 

Sportal.az "Afrique Sports"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu bu keçid üçün İstanbul klubuna 13 milyon avro təklif edib. Futbolçuya isə illik 4,5 milyon avro məvacib təklif olunub. Tərəflərin razılığa gələcəyi gözlənilir.

 

"Qalatasaray" Seneqal millisinin üzvünü bu ilin əvvəlində "Kasımpaşa"dan 13 milyon avroya transfer edib.

Xəbər xətti