Gürcüstanın adına yarışan azərbaycanlı olimpiadaya lisenziya qazandı

10:53 - 17 Mart 2020

Gürcüstanın boks millisinin üzvü Sahil Allahverdiyev (52 kq) Tokio-2020 yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı idmançı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə buna nail olub.

 

21 yaşlı boksçu 2019-cu ildə Minskdə keçirilmiş Avropa oyunlarında gümüş medal qazanıb.

Xəbər xətti