"Turan Tovuz" legioneri ilə yollarını ayırmağı planlaşdırır

13:48 - 8 Aprel 2026

“Turan Tovuz” mövsümün sonunda bəzi legionerlərini yola salmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi mövsümün əvvəlində böyük ümidlərlə komandaya cəlb edilmiş David Tavareşlə bağlı qərar verib. Zədə səbəbindən komandaya kömək edə bilməyən kabo-verdeli yarımmüdafiəçinin ən pis halda Premyer Liqa klublarından birinə icarəyə verilməsi gözlənilir.

27 yaşlı futbolçunun “Turan Tovuz”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Tavareşin yenidən oyun praktikası qazanması üçün də icarəyə gedə biləcəyi ehtimal olunur. O, “Benfika”, “Moreyrense”, “Famalikao”, “Torreense”, “Buzau” klublarında oynayıb.

Xəbər xətti