İnzaqinin komandası A Seriyasına vəsiqə qazandı

10:55 - 30 İyun 2020

İtaliya A seriyasına vəsiqə qazanan ilk klub müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, B seriyasının 31-ci turunda "Yuve Stabiya"nı 1:0 hesabı ilə məğlub edən "Benevento"nun yüksək liqaya vəsiqə qazancağı dəqiqləşib.

 

Filippo İnzaqinin komandası 76 xal toplayıb və sona 7 tur qalmış çempion olub. 2-ci pillədəki "Krotone"nin 52 xalı var.

 

"Benevento" ikinci dəfə A Seriyasına vəsiqə qazanıb. Komanda daha öncə 2017/28 mövsümündə yüksək liqada yarışıb.

Xəbər xətti