UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin yarımmüdafiəçisi Antonio Verqara sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı futbolçunun budundakı ikibaşlı əzələdə ciddi zədə aşkarlanıb. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun Azərbaycan çempionuna qarşı oynamayacağı deməkdir.

Antonio Verqara "Napoli"nin yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah"ın "Napoli" ilə oyunu 2027-ci ilin 20 yanvar tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək.